Now Playing Tracks

Sevdiklərinizə sevginizi göstərmək üçün sabahı gözləmiyin….

Doğum günü:

 ATA: Necə gözəldi. İndi bu bapbalaca mələk mənim qızımdır? Nə qədər gözəl gülümsəyir. Xosh geldin dünyaya, kiçik şəhzadəm.

 KİÇİK ŞƏHZADƏ: Bu gözlərini məndən ayırmayan adam yəqin atam olar.

 5 YAŞINDA:

 ATA: Şəhzadəm, ay kiçik şəhzadəm! De görüm atan sənə nə alsın?

 KİÇİK ŞƏHZADƏ: Ən çox atamı isteyirəm. Atam niyə ancaq anamla yatır? Həmişə mənimle yatsin, ancaq meni sevsin.

 10 YASHİNDA:

 ATA: Getdikcə şıltaqlaşır. Kimə oxşayır görəsən? Onunla vaxt keçirməkdən həzz alıram.

 KİÇİK ŞƏHZADƏ: Atama aşiqəm. Böyüdükdə onun kimi bir oğlanla evlənəcəm. Onuna vaxt keçirmek cox maraqlıdır.

 15 YAŞINDA:

 ATA: Nə qədər də tez böyüdü. Evə də gec gəlməyə başladı, bu gedişlə başına pis iş gələ bilər. Deyəsən daha sərt danişmalıyam.

 KİÇİK ŞƏHZADƏ: Atamın üzündən dostlarımla istədiyim qədər vaxt keçire bilmirəm. Məni sixişdırmasina nifrət edirəm. Nə vaxt azad olacağam?

 20 YAŞINDA:

 ATA: Artıq sözümü eşitmir. Məndən getdikcə uzaqlaşır. Pul qazanmağa da başladi, təbii ki mənə ehtiyaci qalmadı. Çoxdandi aramızda səmimi söhbət də olmayıb. Evə də tez-tez oğlanlar zəng edir. Deyəsən kiçik şəhzadəm əlimdən çıxır.

 KİÇİK ŞƏHZADƏ: Hər dediyimə qarşı cıxır, məni heç cür başa duşmür. Hələ o gün geyindiyim mini-yubkaya da söz dedi. Evdən ayrılıb öz şəxsi həyatımı qurmalıyam. Uşaq kimi münasibət görməkdən bezdim!

 25 YAŞINDA:

 ATA: Bir gün bunun olacağinı bilirdim. Budur, evlənir artıq. Onsuz da münasibətimiz əvvəlki kimi deyildi. İndi əri də var. Şəhzadəm məni tərk edir.

 KİÇİK ŞƏHZADƏ: Belə bir gündə kədərli olmağın nə mənası var? Bilirəm, evləndiyim oğlanı heç cür qəbul edə bilmir. Öz xəyalındakı kürəkən deyil axı! Elə bil o yaşayacaq ərimlə…

 30 YAŞINDA:

 ATA: Çox az görüşürük. Daha tez-tez görüşsək nə yaxşı olardı. Nəvələrim üçün də darıxmişam. Öz dostlarının ətrafindan çıxmırlar ki…

 KİÇİK ŞƏHZADƏ: Atamgilə az diqqət yetirirəm deyəsən. Telefonda çox məyus bir səsi var idi. Ən yaxşısı bazar günü ona bir sürpriz edim.

 40 YAŞINDA:

 ATA: Kiçik şəhzadəm mənim intellektual seviyyəmin kifayət etmədiyini deyir. Halbuki, kiçik yaşlarından dərslərinə həmişə mən kömək edirdim. Başa düşmədiyi probləmləri hemişə məndən soruşurdu. İndi məni bəyənmir. Bundan sonra onunla siyasi müzakirə və mübahisə aparmayacağam.

 KİÇİK ŞƏHZADƏ: Atam getdikcə uşaq kimi hərəkət etməyə başlayir. Tez-tez nələrdənsə şikayət edir. Amma son zamanlar sağlamlıgı da qaydasında deyil. Birdən ona bir şey olsa? Onsuz da heç vaxt onun istədiyi kimi olmadim.

 45 YAŞINDA:

 ATA: Kiçik şəhzadəmin xoşbəxt ailesi olmaği nə qədər gözəldir. Gözüm arxada qalmayacaq. Hər seyə özü nail oldu. Onunla fəxr edirəm.

 KİÇİK ŞƏHZADƏ: Atam üçün çox narahat oluram. Onu itirməyə hazır deyiləm. Dərmanlarənı da qəbul etmir. Allahım, onu məndən alma!

 50 YAŞINDA:

 ATA: Heç bir zaman səni çox sevdiyimi unutma, kiçik şəhzadəm! Nə qədər uzağa getsəm də, hər zaman səni izləyecək və qoruyacağam. Əlvida, kiçik şəhzadəm.

 KİÇİK ŞƏHZADƏ: Məni sənsiz buraxma, ata. Mən kimin çiyinlərində ağlayacağam, kim bütün qəlbi ilə mənim köməyimə çatacaq? Nə olar, getdiyin yerde xoşbəxt ol və həmişə yanımda olduğunu hiss etdir.

 Sənsiz nə edəcəyimi bilmirəm, ata…

 55 YAŞINDA:

 KRALI ARTIQ ÇOX UZAQLARDA OLAN KİÇİK ŞƏHZADƏ: Sən gedəndən səni daha çox başa düşürəm, ata. “Kaş səni heç zaman kədərləndirməzdim” deyə bilmirəm, çünki “kaşların heç bir şeyi dəyişdirməyəcəyini bilirəm. Yenə də məni eşidirsənsə, səni çox sevdiyimi unutma, ata…

 Sənsiz çox darıxıram ata, çox darıxıram…

We make Tumblr themes